Bu deputatlara vəzifə verildi - ADLAR

Milli Məclis daha 4 parlamentlərarası əlaqələr üzrə İşçi qruplarını formalaşdırıb.

Musavat.com-un məkumatına görə, parlamentin bu gün keçirilən plenar iclasında sözügedən məsələ ilə bağlı layihə müzakirəyə çıxarılıb. Deputat Nigar Arpadarainin təqdim etdiyi layihəyə əsasən, aşağıdakı parlamentlərarası İşçi Qruplarının formalaşdırılması təklif edilir:

Azərbaycan-Keniya parlamentlərarası İşçi Qrupu – Namazov Ramid Zakir oğlu;
Azərbaycan-Qambiya parlamentlərarası İşçi Qrupu - Qurbanov Eyvaz Daşdəmir oğlu;
Azərbaycan- Laos parlamentlərarası İşçi Qrupu – Paşayeva Gülşən Məmmədəli qızı;
Azərbaycan – Maldiv parlamentlərarası İşçi Qrupu – Allahverənov Azər Kərim oğlu.
Bundan əlavə, Azərbaycan – Nepal parlamentlərarası İşçi Qrupunda sədr postuna dəyişiklik edib. Belə ki, bundan sonra İşçi Qrupa Ramil Həsəninin yerinə Vasif Qafarov sədrlik edəcək.
Məsələ səsə qoyularaq qəbul edilib.

E.Paşasoy,
Musavat.com

24.02.2026 12:02
2391