Bu ərazilərdə qaz olmayacaq - SON DƏQİQƏ XƏBƏRDARLIĞI

Mayın 25-də İmişli və Saatlı rayonlarının, Sabirabad şəhərinin və rayonun bir sıra kəndlərinin qaz təminatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Musavat.com-a "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

Qeyd olunub ki, fasilə saat 09:00-dan işlər yekunlaşanadək davam edəcək.

24.05.2026 17:02
2384