Bu gün ABŞ-ın İrana qarşı maliyyə hücumu başlayır - Bessent

ABŞ administrasiyası bu gündən İrana qarşı "maliyyə hücumu"na başlamağı gözləyir.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə naziri Skott Bessent X hesabında paylaşım edib: "Biz İrana qarşı müharibənin son ​​mərhələsinə qədəm qoyuruq. Səhər tezdən "D" günü gələcək - düşmənə qarşı indiyə qədər başlanan ən böyük maliyyə hücumu.

ABŞ Prezidenti Donald Tramp müraciət etməli olmayacağımızı düşündüyümüz hər bir departament, agentlik və səlahiyyətin aktivləşməsi üçün şərait yaradıb".

Musavat.com

24.08.2026 07:54
845