Bu məsələ ilə bağlı tarixi razılaşma – Vaşinqton və Tehran anlaşdı

ABŞ və İran arasında Hörmüz boğazının açılması ilə bağlı prinsipial razılığın əldə olunduğu bildirilir.

Musavat.com xəbər verir ki, The New York Times nəşrinin ABŞ rəsmisinə istinadən yaydığı məlumata görə, Tehran yüksək səviyyədə zənginləşdirilmiş uranın utilizasiyasına da razılıq verib.

Məlumata əsasən, tərəflər arasında əldə olunan anlaşma hələlik rəsmi şəkildə imzalanmayıb. ABŞ və İran rəsmilərinin isə sazişin detalları ilə bağlı fərqli açıqlamalar verdiyi qeyd olunur.

Bildirilir ki, razılaşmanın əsas mövzularından biri Hörmüz boğazında gəmiçiliyin bərpası və bölgədə gərginliyin azaldılmasıdır.

Musavat.com

25.05.2026 00:19
656