"Bu, millətimizin xilas yoludur" - Pezeşkian AÇIQLADI

"Kitab oxumaq millət üçün xilas yoludur".

Musavat.com xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian X hesabında yeni paylaşım edərək kitab oxumağın əhəmiyyətini vurğulayıb.

Dövlət başçısı bildirib ki, bir xalqın irəli getməsinin əsas yollarından biri məhz mütaliəyə dəyər verməkdir.

Onun sözlərinə görə, kitablarla ünsiyyət insanı gündəlik qayğılardan uzaqlaşdırmaqla yanaşı, cəmiyyəti də tərəqqiyə aparır. Pezeşkian hesab edir ki, oxu vərdişinin güclənməsi ölkənin inkişaf prosesində geridə qalmamasının əsas şərtlərindən biridir.

Musavat.com

18.11.2025 13:52
1158