Bu ölkədə böyük hərbi əməliyyat keçirildi - ÖLƏNLƏR VAR

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada terror təşkilatı İŞİD-ə qarşı əməliyyatlar barədə məlumat verərək, oktyabr və noyabr aylarında 22-dən çox əməliyyata məsləhət, dəstək və yardım göstərdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, yazılı açıqlamada CENTCOM 1 oktyabr - 6 noyabr tarixləri arasında keçirilən əməliyyatlara məsləhət, dəstək və yardım göstərdiyini bildirib.

Bəyanatda əməliyyatlar nəticəsində 5 İŞİD üzvünün zərərsizləşdirildiyi və 19 nəfərin əsir götürüldüyü qeyd edilib.

CENTCOM komandanı admiral Bred Kuper isə açıqlamada belə şərh verib: "Suriyada İŞİD təhlükəsi ilə mübarizədə əldə edilən bu uğur əhəmiyyətlidir. İŞİD-in qalıqlarını təqib etməyə davam edəcəyik. Eyni zamanda, Qlobal Koalisiya ilə əlaqələndirilərək, təşkilatın yenidən qruplaşmasının və terror hücumlarını digər ölkələrə yaymasının qarşısını alacağıq."

Musavat.com

13.11.2025 11:55
1026