Çərşənbə günü Filippinin Mindanao adasının cənub sahili yaxınlığında, Sulavesi dənizi akvatoriyasında 6,6 maqnitudalı zəlzələ qeydə alınıb.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Seysmoloji Xidmətinin Altay-Sayan filialı məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə saat 08:14-də baş verən zəlzələnin episentri Mindanao adasındakı Qeneral-Santos şəhərindən 102 km cənub-şərqdə yerləşib.
Episentrdəki təkanların intensivliyi "dağıdıcı" olaraq qiymətləndirilir.
ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin maqnitudasını 6,3 olaraq göstərib. Qurumun məlumatına görə, təkanların ocağı 10 km dərinlikdə yerləşib.
Musavat.com