Bu yolda hərəkət tam məhdudlaşdırılacaq

Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, noyabrın 22-də saat 00:00-dan etibarən Bakının Xətai rayonu, Xəqani Rüstəmov küçəsindəki dairədən Babək prospektinə çıxan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Musavat.com-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.

Qeyd edilib ki, sürücülər alternativ olaraq Nəcəfqulu Rəfiyev küçəsindən istifadə edə bilərlər.

20.11.2025 15:19
753