ABŞ qüvvələri İran hərbi obyektlərinə hava hücumundan müdafiə sistemlərini, radarları və rabitə mərkəzlərini hədəf alan daha bir seriya zərbələr endirib.
Musavat.com xəbər verir ki, məlumatı ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) X hesabında açıqlayıb:
"CENTCOM qüvvələri 1 sentyabrda İran hərbi hədəflərinə qarşı zərbələr dalğasını uğurla başa çatdırıb. ABŞ qüvvələri SEPAH-ın hədəflərinə, o cümlədən hava hücumundan müdafiə qurğularına, radarlar, dəniz aktivləri və qurğularına, minalama aktivlərinə və rabitə qurğularına hücum edib".
Musavat.com