Çin, Rusiya və İran ABŞ-da kəşfiyyat fəaliyyətini kəskin artırıb - Pattel

Son vaxtlar ABŞ-da Rusiya kəşfiyyatının fəaliyyətinin qarşısının alınması ilə bağlı işlərin sayı 33 faiz artıb.

Musavat.com xəbər verir ki, bunu FTB direktoru Keş Pattel Nümayəndələr Palatasındakı dinləmələrdə deyib: "Biz əsas tərəfdaşlarımız olan Çin, Rusiya və İranın kəşfiyyat fəaliyyətinin qarşısını alırıq. Təkcə Çinlə biz şübhəlilərin həbs və təqiblərində 50 faizdən çox artım müşahidə edirik. İranla biz kəşfiyyat işlərində 50 faiz, Rusiya ilə isə 33 faiz artım görürük”.

Musavat.com

 

16.10.2025 09:30
550