ABŞ prezidenti Donald Tramp yenə sərt xarici siyasət ritorikası ilə gündəmə gəlib.
Musavat.com xəbər verir ki, bununla bağlı CNN-nin siyasi təhlilçisi Aaron Bleyk maralqı yaz qələmə alıb.
Müəllifni yazdığına görə, Tramp Ağ Evdə Nazirlər Kabinetinin iclası zamanı Oman barədə səsləndirdiyi sözlərlə diqqət çəkib və ölkə rəhbərliyi Hörmüz boğazına İranla birlikdə nəzarət etməyə çalışacağı təqdirdə hərbi güc tətbiqini istisna etməyib.
“Oman hamı kimi davranacaq, əks halda onları partlatmalı olacağıq”, – deyə yazıda Trampdan belə ibr sitat gətirilib.
Bu barədə ABŞ mediasında geniş müzakirələr başlayıb. Məqalədə qeyd olunur ki, Tramp prezident seçkiləri kampaniyası zamanı rəqiblərini ABŞ-ı yeni müharibələrə sürükləmək istəyən “müdaxiləçi siyasətçilər” kimi təqdim etsə də, prezidentliyi dövründə həm hərbi əməliyyatlar, həm də sərt təhdidlərlə yadda qalıb.
Məqalə müəllifinin hesablamasına görə, Tramp iki prezidentlik dövrü ərzində ən azı 15 ölkəyə qarşı ya hərbi əməliyyat həyata keçirib, ya açıq təhdid səsləndirib, ya da hücum ehtimalını gündəmdə saxlayıb. Buraya Yaxın Şərq, Afrika, Şimali və Cənubi Amerikada yerləşən ölkələr daxildir.
Tramp bu müddətdə İran, İraq, Somali, Suriya, Yəmən, Nigeriya və Venesuelada hərbi əməliyyatlara göstəriş verib və ya zərbələr endirib. Bundan başqa Kanada, Kolumbiya, Kuba, Qrenlandiya (Danimarkanın tərkib hissəsi), Meksika, Panama və indi də Oman barədə sərt hərbi ritorika səsləndirib.
ABŞ siyasi dairələrində Trampın xarici siyasət yanaşması bəzən “dəli adam nəzəriyyəsi” ilə izah olunur.
Bu yanaşmaya görə, lider özünü qeyri-proqnozlaşdırılan göstərərək rəqibləri qorxutmağa və güzəştlərə məcbur etməyə çalışır.
Məqalədə diqqət çəkən statistika da yer alır: müəllifin hesablamasına görə, Trampın təhdid etdiyi və ya hədəfə aldığı ölkələrdə dünya əhalisinin təxminən hər 11 nəfərindən biri yaşayır. Bundan başqa, həmin ölkələrin beşi Yaxın Şərqdə yerləşir və Tramp bir neçə halda bu ölkələrin ABŞ təsir dairəsinə daxil edilə biləcəyinə eyham vurub.
Musavat.com