Coratda itkin düşən 15 yaşlı qız tapıldı

Sumqayıtın Corat qəsəbəsində itkin düşən 15 yaşlı qız tapılıb.

Musavat.com xəbər verir ki, valideynləri 2011-ci il təvəllüdlü Aysu Kərimli Elsevər qızının tapıldığını bildiriblər.

Qeyd edək ki, Aysu Kərimli iyulun 6-da günorta saatlarında Corat məktəbi yaxınlığında itkin düşmüşdü. Ailəsinin sözlərinə görə, yeniyetmə həssas qrupa aid olduğundan onun itkin düşməsi ciddi narahatlıq yaratmışdı.

Hazırda onun tapıldığı təsdiqlənib.

Şahanə Rəhimli
Musavat.com

12.07.2026 14:41
1089