Daha bir dəhşətli təyyarə QƏZASI - Ölənlər var

Sudanda İl-76 tipli hərbi yük təyyarəsi eniş edərkən qəzaya uğrayıb.

Musavat.com xəbər verir ki, bu barədə “Agence France-Presse” hərbi mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, hadisə nəticəsində təyyarənin bütün heyət üzvləri həlak olub.

"İl-76 texniki nasazlıqdan sonra Qırmızı dənizdəki Port Sudan şəhərindəki Osman Diqna Hava Bazasına eniş etməyə cəhd etdikdən sonra qəzaya uğrayıb", - agentlik adı açıqlanmayan mənbəyə istinadən yazıb.

Məlumatda qeyd olunur ki, hadisədən əvvəl texniki nasazlıq baş verib. Ölənlərin dəqiq sayı açıqlanmır.

Musavat.com

10.12.2025 07:30
3467