Daha bir nəfər dəm qazının qurbanı oldu

Bakıda daha bir nəfər dəm qazından ölüb.

Bədbəxt hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.

Ötən gecə saat 23 radələrində 1999-cu il təvəllüdlü Aleksandr Valeriyeviç Bayramov yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib. Onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar aparılır.**“Qafqazinfo” 

11.02.2026 16:14
160