Daha bir ölkədə yaxın qohumlar arasında nikah qadağan edildi

İsveç parlamenti yaxın qohumlar arasında nikahların qadağan olunmasını nəzərdə tutan qanunu yekdilliklə qəbul edib.

Musavat.com xəbər verir ki, yeni qanuna əsasən, əmioğlu–əmiqızı, dayıoğlu–xalaqızı və digər birinci dərəcəli qohumlar arasında nikahlar qadağan edilir.

Həmçinin xarici ölkələrdə bağlanmış belə nikahlar da, bir qayda olaraq, İsveçdə tanınmayacaq.

Qanun qardaş və bacıların övladları ilə yanaşı, bəzi digər yaxın qohumluq əlaqələrini də əhatə edir. İsveç hakimiyyəti qərarın əsas məqsədinin məcburi nikahların, ailədaxili təzyiqlərin və şərəf motivli zorakılığın qarşısını almaq olduğunu bildirir.

Məlumata görə, qanun 2026-cı il iyulun 1-dən qüvvəyə minəcək.

Musavat.com

31.05.2026 03:17
2154