Dilarə Əliyeva nəvəsinə ad günü etdi - FOTOLAR

Əməkdar artist Dilarə Əliyevanın nəvəsi Şəfəqin 1 yaşı tamam olub.

Musavat.com xəbər verir ki, aktrisa nəvəsinin özəl gününü ailəsi ilə birlikdə qeyd edib.

D.Əliyeva ad günündən fotoları sosial şəbəkə hesabında paylaşıb. Fotolarda onun qızları Aytən və Banu, kürəkəni, nəvələri və digər ailə üzvləri yer alıblar.

Aktrisa paylaşımında nəvəsinə “Nəvəm Şəfəqin 1 yaşı oldu! Bu 1 ildə ulduz da oldu. Həmişə şəfəq kimi parla!” sözlərini yazıb.

Qeyd edək ki, Şəfəq Dilarə Əliyevanın qızı Aytənin övladıdır.

Könül
Musavat.com 

14.08.2026 19:52
1234