Dmitri Medvedev niyə KXDR iqtisadiyyatını “nümunə” göstərdi?

Dmitri Medvedev bildirib ki, Rusiya KXDR iqtisadiyyatının təcrübəsini öyrənməlidir. O, bu ölkənin sərt blokada şəraitində əldə etdiyi nəticələri xüsusi vurğulayıb.

Musavat.com xəbər verir ki, Medvedev KXDR-in müdafiə sənayesini qurmaq və milli təhlükəsizliyi təmin etmək baxımından “qeyri-adi nəticələr” göstərdiyini qeyd edib.

Onun sözlərinə görə, Pxenyan “iqtisadi resursların səmərəli səfərbərliyini” nümayiş etdirir. Medvedev KXDR-lə əməkdaşlığı isə “praktikada müttəfiqlik” kimi xarakterizə edib.

 

Musavat.com

03.02.2026 22:29
939