Donald Tramp seçicilərdən bitcoin "diləndi" - FOTOFAKT

Musavat.com xəbər verir ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın Seçki Qərərgahı kampaniyaya ianə toplanmasında yenilik edib.

Belə ki, Qərərgah elan edib ki, Trampın kampaniyasına maddi ianələr bitcoin şəklində də mümkündür.

ABŞ -da seçkilər tərəfdarlardan, fondlardan və seçicilərdən toplanan ianə kampaniyası ilə start götürür. Seçkinin atributlarından biri məhz hər şeydən əvcəl kampaniya üçün pul toplamaqdır.

Hazırda Tramp və onun Seçki Qərərgahı bu işlərlə məşğuldur.

Qərargahın yaydığı açıqlamada belə bir mesaj diqqəti çəkir: "Prezident Trampın Amerika azadlığı və innovasiya çempionu kimi uğurunu nümayiş etdirərək, ona kriptovalyuta ilə kampaniyaya töhfə vermək imkanını təqdim etməkdən qürur duyuruq. Millətimizi Baydenin uğursuzluqlarından xilas etmək sizin dəstəyinizi tələb edir. Bayden hamımıza qadağalar və bürokratik qaydalar tətbiq etsə də, Prezident Tramp Amerikanı yenidən möhtəşəm edəcək yeni texnologiyaları qəbul etməyə hazırdır".

Musavat.com xəbər verir ki, bütün bunlar Trampın rəsmi seçki saytında yer alıb.

Onu da qeyd edək ki, Tramp kripto ianələrini qəbul edən ilk prezidentliyə namizədi oldu.

 

Musavat.com

22.05.2024 02:45
759