Dövlət qurumunda korrupsiyaya qarşı ƏMƏLİYYAT: Saxlanılanlar var

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsində əməliyyat keçirib.

Musavat.com "Unikal"a istinadən xəbər verir ki, əməliyyat zamanı 4 gömrük əməkdaşı saxlanılıb. Onlardan ikisi, Aysel və Xalidə adlı xanım əməkdaşlardır.

İlkin məlumata görə, saxlanılanlardan birinin izahatı alınandan sonra sərbəst buraxılıb.

11.06.2026 21:16
3135