Dövlət Xidmətində vətəndaş vəfat etdi

Dövlət Xidmətində ölüm hadisəsi baş verib.

Hadisə Cəlilabad rayonunda, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində olan inzibati binada baş verib.

Rayonun Buravar kənd sakini, 1955-ci il təvəllüdlü Tofiq Yadulla oğlu Ağayev inzibati binada infarktdan ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır. (lent.az)

25.02.2026 16:47
1069