Dünyanın ən faydalı tərəvəzi – brokkoli

ABŞ-nin Centers for Disease Control and Prevention (Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi) brokkolini qida dəyərinə görə maksimum – 100 bal ilə qiymətləndirib.

Musavat.com xəbər verir ki, mütəxəssislərin hesablamasına görə, brokkolini gündə az miqdarda qəbul etmək belə orqanizmin əsas vitamin ehtiyaclarını əhəmiyyətli dərəcədə ödəyir.

Belə ki, brokkoli:

Vitamin K üzrə gündəlik normanın 106%-ni,

Vitamin C üzrə təxminən 17%-ni,

Vitamin A üzrə isə 6%-ni təmin edir.


Bundan əlavə, brokkoli antioksidantlar və fitokimyəvi birləşmələrlə zəngindir. Bu maddələr immun sisteminin möhkəmlənməsinə, hüceyrələrin qorunmasına və orqanizmin stabil fəaliyyətinə mühüm töhfə verir.

 

Musavat.com

12.01.2026 03:06
12258