"Əhdi" və dostu sərbəst buraxıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinərək saxlanılan "Əhdi Parfum" ləqəbli tiktoker Əhdiman Osmanov və tanışı Həsən Əliyev sərbəst buraxılıb.

Musavat.com xəbər verir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hazırda onların barəsində başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

16.09.2026 13:42
778