“Ehdi” və tanışı saxlanıldı - Cinayət işi açıldı

Sosial şəbəkələrdə pornoqrafik xarakterli videomateriallar yaymaqda şübhəli bilinən Əhdiman Osmanov və tanışı Həsən Əliyev polis əməkdaşları tərəfindən saxlanılıblar.

Xitab24.az-ın əldə etdiyi məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Hər iki şəxs cinayət işi üzrə istintaqa cəlb olunub.

Araşdırmalar davam etdirilir.

13.09.2026 14:54
1462