Əhməd əl-Şaraa onu özünə müşavir təyin etdi

Suriya prezidenti Əhməd əl-Şaraa dağılmış kürd Suriya Demokratik Qüvvələrinin (SDF) lideri Məzlum Abdini özünə müşavir təyin edib.

Musavat.com xəbər verir ki, müvafiq fərman SANA xəbər agentliyi tərəfindən dərc edilib. Sənəddə deyilir: "Mustafa Xəlil Abdi (Məzlum Abdinin əsl adı – red.) respublika prezidentinin müşaviri təyin edilib".

Avqustun 25-də Abdi SDF-nin müstəqil bir qurum kimi ləğvini və Suriya Silahlı Qüvvələrinə tam inteqrasiya olunduğunu elan edib.

Musavat.com

28.08.2026 09:02
1683