Milli Məclisin bu gün keçirilən iclasında “Tütün və tütün məmulatı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi son oxunuşda müzakirə olunaraq qəbul edilib.
Layihə barədə Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məlumat verib, layihənin geniş ictimaiyyət tərəfindən dəstəkləndiyini bildirib. Layihəyə əsasən, Vergi Məcəlləsində elektron siqaretlərlə bağlı müddəlarda dəyişiklik ediləcək.
Mövcud qanunvericiliyə görə, Azərbaycan Respublikasında istehsal olunan içməli spirtə, pivəyə, spirtli içkilərə, tütün məmulatlarına və onların əvəzedicilərinə, energetik içkilərə, birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərinə və elektron siqaretlər üçün mayeyə aşağıdakı aksiz dərəcələri tətbiq edilir:
- birdəfəlik istifadə üçün elektron siqaret, qəlyan və onların əvəzedicilərin hər bir ədədinə 2 manat;
- elektron siqaretlər üçün mayenin hər litrinə 100 manat.
Qanun layihəsində birdəfəlik istifadə üçün elektron siqaret və elektron siqaretlər üçün maye ilə bağlı müddəların qanunvericilikdən çıxarılması təklif edilir.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
E.Paşasoy,
Musavat.com