Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, danışıqlar zamanı tərəflər Türkiyə-Fransa münasibətlərinin vəziyyətini, Ukrayna ilə Rusiya arasında davam edən münaqişəni, həmçinin bölgədə aktuallığını qoruyan digər məsələləri müzakirə ediblər.
Ərdoğan Türkiyə və Fransanın əməkdaşlığının genişləndirilməsinin vacibliyini vurğulayıb və Ankaranın ədalətli və dayanıqlı sülhün təmin olunmasına töhfə vermək üçün aktiv fəaliyyət göstərdiyini qeyd edib. Sözügedən danışıq zamanı İstanbul prosesinin canlandırılması üzrə əlaqələrin davam etdiyi də vurğulanıb.
Türkiyə lideri diplomatiyanın sülhə çatmaq üçün əsas vasitə olduğunu qeyd edib və Türkiyənin atəşkəs təşəbbüslərinə dəstəyini gücləndirməyə hazır olduğunu bildirib. Həmçinin tərəflər Cənubi Qafqaz, Qəzza və Suriyadakı vəziyyəti də müzakirə ediblər.
Musavat.com