Ermənistan müdafiə xərclərini ARTIRDI

Ermənistan müdafiə üçün əlavə 11 milyon dollar ayırıb.

Musavat.com xəbər verir ki, cümə axşamı keçirilən iclasında Ermənistan hökuməti müdafiə ehtiyacları üçün əlavə 4 milyard 371 milyon dram (təxminən 11 milyon dollar) ayırmaq qərarına gəlib.

İzah qeydində bildirilir ki, bu məbləğ sərhəd təhlükəsizliyinin və toxunulmazlığının təmin edilməsi üçün istifadə olunacaq.

Musavat.com

06.11.2025 11:48
854