Ermənistan parlamenti növbədənkənar toplaşdı - SƏBƏB

Bu gün, 28 noyabrda Ermənistan parlamentinin növbədənkənar sessiyası çağırılıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Məumata görə, gündəlikdə bir məsələ var: “Ermənistan Respublikası ilə Avropa İttifaqı arasında Aİ-nin böhranın idarə edilməsi əməliyyatlarında Ermənistanın iştirakının çərçivəsinin müəyyən edilməsi haqqında” Sazişin ratifikasiyası layihəsi.

Hökumətin fikrincə, bu saziş Ermənistana böhranın idarə edilməsində Aİ-nin təcrübə və imkanlarından yararlanmağa imkan verəcək.

“Sazişin imzalanması Ermənistan-Aİ əməkdaşlığının dərinləşdirilməsi və Ermənistanın xarici siyasətinə uyğun Avropa standartlarının həyata keçirilməsi istiqamətində praktiki addım kimi qiymətləndirilir”, - sənəddə qeyd olunur.

Qeyd edək ki, Ermənistan bu ilin 30 iyunda sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə bildiriş alıb.

Musavat.com

28.11.2025 14:57
2076