Ermənistanda seçki qalmaqalı: məntəqədə dava düşdü - Video

Ermənistanda keçirilən parlament seçkiləri zamanı seçki məntəqələrinin birində qalmaqallı insident baş verib.

Musavat.com xəbər verir ki, hadisə “Vətəndaş Müqaviləsi” Partiyası ilə “Güclü Ermənistan” Partiyasının nümayəndələri arasında yaşanıb.

Məlumata görə, tərəflər arasında yaranan mübahisə qısa müddətdə davaya çevrilib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Musavat.com

07.06.2026 20:38
2085