Ermənistanda ŞOK ƏMƏLİYYAT: Separatçıların ofisində AXTARIŞ APARILIR

Ermənistanın paytaxtı İrəvanda təxminən bir saatdır Qarabağ separatçılarının nümayəndəliyində axtarış aparılır.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Njde İskəndəryanın sözlərinə görə, İstintaq Komitəsinin 10-dan çox əməkdaşı məhkəmə qərarını təqdim edərək kompüterləri yoxlayır, sənədlər axtarırlar.

İstintaq Komitəsi yalnız “cinayət işi çərçivəsində zəruri istintaq hərəkətlərinin aparıldığını” bildirib.

Musavat.com

 

11.12.2025 14:44
1083