Evliliklərinin 20-ci ilini belə qeyd etdilər - VİDEO

Aktyor Ramil Babayev həyat yoldaşı Nigarla bağlı paylaşım edib.

Aktyor sosial media hesabında evliliklərinin 20-ci ildönümü olduğunu bildirib.

“Birlikdə keçən iyirmi il — sevincimizlə, kədərimizlə, gülüşümüzlə, sınaqlarımızla, böyütdüyümüz xatirələrlə dolu bütöv bir ömür parçası. 05.09.2006” deyə, Ramil paylaşımında yazıb.

Qeyd edək ki, cütlüyün iki övladı var. (Axşam.az)

06.09.2026 20:18
5654