Əvvəl arvadını, sonra özünü bıçaqladı: Kişi öldü, qadın sağ qaldı

Abşeronda dəhşətli cinayət törədilib.

Musavat.com lent.az-a istinadla xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Zaqatala sakini Tərlan İbrahimov yaşadığı evdə 1978-ci il təvəllüdlü həyat yoldaşını və özünü bıçaqlayıb.

Nəticədə kişi ölüb, qadın isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Prokurorluğu tərəfindən araşdırma aparılır.

03.08.2026 19:21
1168