Faiq Hüseynov vəfat etdi

"Xəmsə" milli intellektual oyununun yaradıcısı Faiq Hüseynov dünyasını dəyişib.

Musavat.com xəbər verir ki, bu barədə Oxu24.com-a onun yaxınları məlumat verib.

O, 2018-ci ildə ilk dəfə olaraq "Nə? Harada? Nə Zaman?" oyunu üzrə Beynəlxalq Klublar Assosasiyasının konqressində idarə heyətinə seçilən azərbaycanlı olub.

Faiq Hüseynov Azərbaycanda bir çox intellektual oyunların təşkilində mühüm rol oynayıb.

21.03.2026 00:09
2664