Fəlakət içində möcüzə: Fil batan adamı BELƏ xilas etdi — VİDEO

350-dən çox ölü, 900 itkin: Fəlakət zonasında filin insanı xilas etdiyi anlar

Musavat.com xəbər verir ki, Nepalda təbii fəlakət zonasında təsiredici və qeyri-adi hadisə qeydə alınıb.

Şiddətli daşqınlar zamanı bir fil güclü su axınının aparmaqda olduğu kişini xilas edərək sudan çıxarıb. Təhlükəli anlarda heyvanın insanı xilas etməsi anbaan kameraya düşüb.

Qeyd edək ki, Nepalda tüğyan edən təbii fəlakət ağır nəticələrə səbəb olub. Son məlumatlara görə, daşqınlar nəticəsində 350-dən çox insan həyatını itirib, 900-ə yaxın şəxs isə itkin düşmüş hesab olunur. Bölgədə axtarış-xilasetmə işləri davam etdirilir.

Musavat.com

27.08.2026 23:41
1696