Finlandiya 70 ildə ilk dəfə sualtı qayıq əldə edəcək

İsveç 2030-cu ilə qədər Baltik dənizindəki sualtı qayıqlarının və hərbi gəmilərinin sayını artırmaq niyyətindədir.

Musavat.com xəbər verir ki, məlumatı Finlandiyanın Yle xəbər agentliyi yayıb. İsveçin müdafiə naziri Poul Jonsson bildirib ki, Baltik sularında İsveç sualtı qayıqlarının sayı hazırkı üçdən beşə qədər artırılacaq.

Bundan əlavə, Yle qeyd edir ki, İsveç dörd yeni hərbi gəmi əldə etmək prosesindədir.

Nazirin sözlərinə görə, İsveç sualtı qayıqları "böhran vəziyyətində" Finlandiyaya kömək edəcək.

Agentlik bildirir ki, bu, beynəlxalq müqavilələrə əsasən, heç bir hərbi personalın və ya hərbi obyektin olmadığı Aland adaları ilə bağlıdır. Lakin Jonsson Aland adalarının İsveç və Finlandiya arasındakı arxipelaqda "hərbi boşluq" yaratdığını düşünmür: "Mən heç bir boşluq görmürəm; əksinə, biz hərbi imkanlarımızı gücləndiririk".

2030-cu ilə qədər həmçinin Baltik dənizində yeni sualtı qayıqların üzəcəyi gözlənilir.

Oktyabr ayında İsveç televiziyası SVT iki yeni sualtı qayığın tikintisinin təxirə salındığını və onların dəyərinin artıq 2 milyard avrodan çox artdığını bildirmişdi.

Yle qeyd edir ki, Ukraynada işğalçı müharibənin başlamasından sonra Danimarka və İsveç strateji əhəmiyyətli Baltik dənizi adaları olan Bornholm və Qotland adalarının müdafiəsini gücləndiriblər. Finlandiya Hərbi Dəniz Qüvvələrinin İkinci Dünya Müharibəsindən bəri sualtı qayıqları olmayıb.

 

Musavat.com

 

16.11.2025 01:15
653