UEFA Millətlər Liqası çərçivəsində keçirilən günün mərkəzi qarşılaşmasında Fransa və Belçika milli komandaları üz-üzə gəlib.
Musavat.com xəbər verir ki, gərgin və dramatik mübarizə şəraitində keçən matç Fransa seçməsinin 4:1 hesablı böyük qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada hesabı 35-ci dəqiqədə Belçika millisi açıb. Romeo Lavianın ötürməsini Dodi Lukebakio dəqiq zərbə ilə tamamlayaraq qonaqları önə keçirib — 0:1.
İlk hissəni geridə bitirən Fransa oyunun son dəqiqələrində inanılmaz geri dönüşə imza atıb. Meydan sahibləri son 15 dəqiqə ərzində rəqib qapısından 4 top keçiriblər:
77' Dezire Due (Désiré Doué) hesabı bərabərləşdirib — 1:1.
81' Rayan Şerki (Rayan Cherki) Fransanı önə çıxarıb — 2:1.
88' Maykl Olise (Michael Olise) fərqi artırıb — 3:1.
90+1' Maykl Olise dubl edərək matçın yekun hesabını müəyyənləşdirib — 4:1.
Qeyd edək ki, Fransanın son iki qolunda məhsuldar ötürmələri ilk bərabərlik qolunun müəllifi Dezire Due verib.
Bu nəticə ilə Fransa möhtəşəm qələbə qazanaraq aktivinə növbəti 3 xalı yazdırıb.
Musavat.com