Fransada şagird etirazları səbəbindən 500 məktəb bağlanıb

Fransadakı etirazlar zamanı məktəb binalarına ziyan dəyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, təhsil nazirinin sözlərinə görə, yüzlərlə məktəb bağlanmağa məcbur olub.

Lisey şagirdlərinin iğtişaşları təxminən iki həftədir davam edir. Şagirdlər siniflərin çoxluğundan, müəllim çatışmazlığından və sinif otaqlarının həddindən artıq dolu olmasından şikayətlənirlər.
Etirazçılar barrikadalar qurur, binaları yandırır, polisə şüşə və daş atırlar. Polis göz yaşartıcı qazdan istifadə edir. Medianın məlumatına görə, 20-dən çox məktəb yandırılıb və ya talan edilib.

Təhsil naziri Eduard Cefri bildirib ki, ifrat solçu təxribatçılar etiraz hərəkatını nəzarətə götürüb və zorakılıq tətbiq edirlər. Əksəriyyəti yetkinlik yaşına çatmayanlar olan təxminən 5000 nəfər saxlanılıb.

Musavat.com

05.10.2026 19:21
477