Füzulidə Araz çayı boyunca güclü yanğın başladı – Yanğınsöndürənlər ərazidədir

Füzuli rayonunun Mollaməhərrəmli və Seyidəhmədli kəndləri istiqamətində, Araz çayı boyunca yerləşən açıq ərazidə güclü yanğın müşahidə olunur.

Musavat.com-un xəbərinə görə, alov ətrafdakı yaşayış məntəqələrindən də açıq şəkildə görünür.

Yanğının söndürülməsi üçün hadisə yerinə Cəbrayıl və Füzuli rayonlarının Yanğından Mühafizə bölmələrinin texnika və canlı qüvvəsi cəlb olunub.

04.08.2026 21:38
924