Gədəbəydə dağlıq ərazidə YANĞIN

Gədəbəy rayonunun Şahdağ kəndində bələdiyyəyə aid dağlıq ərazidə 60 ha sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb.

Musavat.com-un Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi xəbərə görə, ətraf ərazilər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
23.11.2025 18:40
514