Gəncə faciəsinin kiçik şahidi Prezidentlə birlikdə - FOTO

Gəncə Memorial Kompleksində keçirilən tədbirdə Prezidentə 7 yaşlı Nilay Əliyeva yoldaşlıq edib.

Musavat.com xəbər verir ki, Nilay 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Gəncəyə raket hücumu nəticəsində valideynlərini və nənəsini itirib.

Azərbaycan xalqının yaddaşına qanla yazılan bu faciənin kiçik şahidi bu gün ölkə başçısının yanında idi – bu, həm şəhid ailələrinə verilən dəyərin, həm də Azərbaycan dövlətinin və cəmiyyətinin gələcək nəsillərə olan mənəvi borcunun simvolik ifadəsidir.

Musavat.com

27.09.2025 15:09
1687