Gəncədə 17 yaşlı oğlanı maşın vurub öldürdü

Gəncədə piyada yol qəzasında ölüb.

Hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

Hərəktədə olan "VAZ 2107" markalı minik avtomobili 2008-ci il təvəllüdlü Ə.Qurbanovu vurub.

Yeniyetmə aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Əraziyə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./Unikal.az/

15.11.2025 09:32
778