Gəncədə kütləvi dava qanla BİTDİ

Gəncə şəhərində restoran qarşısında başlayan kütləvi dava qanla bitib.

Dava zamanı 1983-cü il təvəllüdlü Azər Yusifov aldığı bıçaq yarasından hadisə yerində dünyasını dəyişib.

Bundan başqa 1995-ci il təvəllüdlü Rahib Bayramlı, 1998-ci il təvəllüdlü Tural İlyasov və onun həmyaşıdı Azamat Peşerskiy bıçaq xəsarətləri ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər.

Qətli törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü M. Məmmədzadə polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma başlanılıb.//Report

06.08.2026 08:12
1134