“Getdiyim məclislərdə saçlarımı bəyənmirlər” - VİDEO

Rəqqasə Rəna Ağamuradova (Renka) saç düzümü ilə bağlı qarşılaşdığı tənqidlərdən danışıb.

Renka qısa saçla səhnəyə çıxmasına münasibətlərin birmənalı olmadığını bildirib:

“Saçım qısadır, məni belə bəyənmirlər. Dörd məclisdə olmuşam, hamısı deyir ki, saçını uzat. Heç kim mənim saçımı uzatmır. Puldur hamısı”.

Renka həmçinin iş üçün şəhərlə Novxanı arasında gedib-gəlməyin onun vaxtını çox aldığını deyib. O, tıxaclardan gileylənib:

“Novxanıdan şəhərə qayıdıb geri gəlmək dörd saatımı aldı. Hər dəfə deyirəm ki, bura iş götürməyəcəyəm, amma edirəm”. (Axşam.az)

09.08.2026 17:54
1156