Goranboydakı qəzada həlak olan iki nəfərin kimliyi bilindi - FOTO

Ötən gecə Goranboyda baş verən ağır qəza zamanı həyatını itirən iki nəfərin kimliyi məlum olub.

Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisədə 2004-cü il təvəllüdlü Akşin İbrahimov və 2003-cü il təvəllüdlü Xəyyam Ələkbərov vəfat edib.

Qeyd edək ki, ötən gecə Goranboyda, Qızılhacılı yolunda “VAZ 2107”, “Mercedes” və daha bir minik maşını toqquşub.

 
23.08.2026 19:24
1064