Göyərtəsində 400-dək sərnişin olan bərə batdı: Onlarla ölü və itkin var

Filippinin cənubunda Basilan əyalətindəki Baluk adası yaxınlığında “Trisha Kerstin 3” sərnişin bərəsi batıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hadisə nəticəsində 15 nəfər ölüb, 43 nəfər  itkin düşüb. Basilan əyalətinin qubernatoru Mujiv Hatamanın sözlərinə görə, axtarış-xilasetmə əməliyyatı zamanı 317 nəfər xilas edilib. Xilasedicilər sağ qalanların axtarışını davam etdirirlər.

Musavat.com

26.01.2026 11:53
662