Göygöldə 86 yaşlı qadının meyiti tapıldı

Göygöl rayonunda 86 yaşlı qadının meyiti tapılıb.

Hadisə ötən gün rayonun Şəhriyar kəndində baş verib.

Məlumata görə, kənd sakini 1940-cı il təvəllüdlü qadının üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisində tapılıb.

Faktla bağlı araşdırma aparılır./Bakıvaxtı.az/

10.07.2026 19:47
593