Gözlənilməz səbəb: ağcaqanadlar təyyarəni 3 saat gecikdirdi - Video

İtaliyada baş verən gözlənilməz hadisə hava limanında sərnişinlərin saatlarla gözləməsinə səbəb olub.

Musavat.com xəbər verir ki, Ryanair aviaşirkətinin Milan–Alikante reysi təyyarənin sərnişin salonunda çox sayda ağcaqanad aşkarlanması səbəbindən təxminən 3 saat gecikmə ilə həyata keçirilib.

Gigiyena tələblərinə görə bütün sərnişinlər təyyarədən endirilib. Ağcaqanad allergiyası olduğunu bildirən sərnişinlərdən birinin vəziyyəti də nəzərə alınaraq, sərnişinlər başqa təyyarəyə köçürülüblər.

Musavat.com

17.07.2026 22:07
955