Gürcüstan Azərbaycana yeni səfir təyin etdi

Gürcüstan Georgi Zakaraşvilini Azərbaycana səfir təyin edib.

Azərbaycana təyin edilməzdən əvvəl Zakaraşvili Gürcüstanın Ukraynadakı diplomatik missiyasına rəhbərlik edib və ölkəsinin GUAM-dakı daimi nümayəndəsi olub.

Xatırladaq ki, daha əvvəl Gürcüstanın Bakıdakı səfiri Zurab Pataradze olub. Hazırda Pataradze Acarıstan Muxtar Respublikasının hökumətinin sədridir.//Report

16.09.2026 12:43
402