Hamamda FACİƏ - 67 yaşlı qadın...

Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində 67 yaşlı qadın hamamda yıxılaraq ölüb.

Lökbatan qəsəbə sakini, 1959-cu il təvəllüdlü Sevil Babaəli qızı Ağalıyeva yaşadığı evdə hamam otağında yıxılıb.

O, xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır. \Report.az

16.03.2026 14:12
713