Hava ilə bağlı XƏBƏRDARLIQ: Növbəti iki gündə...

Azərbaycanın rayonlarında dekabrın 25-i gündüzdən başlayaraq 26-sı gündüzədək bəzi yerlərdə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimal olunur.

24.12.2025 15:35
1735